!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan minaladığı ərazilərin xəritəsini Azərbaycana niyə vermir? - Səbəblər araşdırılmalıdır - Elxan Şahinoğlunun ŞƏRHİ

!Reklam – Yazi

“Azərbaycanın Minaların Qadağan Olunması haqqında Müqaviləyə qoşulmasına ehtiyac var”.

Yenicag.az xəbər verir ki, bunu müharibə bitdikdən sonra erməni separatçılarının basdırdıqları minalar nəticəsində vətəndaşlarımızın həlak olması ilə bağlı vəziyyəti dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqa görə, Ermənistanın minaladığı ərazilərin xəritəsini Azərbaycana verməməsinin səbəbləri araşdırılmalıdır:

“Ermənistan minaların xəritəsini bizə vermir, Moskva da bu məsələdə İrəvana təzyiq etmir. Bunun əvəzində “Human Rights Watch” təşkilatı bizi hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmamaqda ittiham edir. Adı çəkilən təşkilatı rəsmi Bakının 10 noyabrdan sonra əli silahlı ələ keçirilən separatçı-terrorçuların əsir sayılmadığı və onlarla normal davranıldığı arqumenti maraqlandırmadığı kimi, Ermənistanın minaladığı ərazilərin xəritəsini Azərbaycana niyə verməməsi də maraqlandırmır. Halbuki minaların partlamasından mülki insanların həlak olması sözdə insan haqlarıyla məşğul olan təşkilatı narahat etməli idi”.

Elxan Şahinoğlu hesab edir ki, Azərbaycanın Minaların Qadağan Olunması haqqında Müqaviləyə qoşulmaqla, öz vətəndaşlarının hüquqlarını qoruya bilər:

“Bu, 1992-ci ildə təsis olunan beynəlxalq hərəkatdır. Hərəkat piyadalar əleyhinə minaların istehsalını və istifadəsini qadağan edir. Azərbaycan piyadalar əleyhinə mina istehsal etmir və ixrac etmir. Azərbaycan müharibəyə qədər hərəkata qoşulmamışdı. Arqumentimiz obyektiv idi, çünki münaqişəyə son qoyulmamışdı. İndi isə torpaqlarımızı azad etmişik və minalar bizə problemlər yaradır. Ona görə də müqaviləyə imza atmaqla, hərəkatın Ermənistana təzyiq etməsinə nail olmaq mümkündür”.

Gülşən Şərif

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv