!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan münaqişəni yenidən alovlandırarsa, adekvat cavab alacaq” – Tərlan Eyvazov

!Reklam – Yazi

“İrəvan çalışır ki, törətdiyi təxribatlar nəticəsində Rusiya da ziyan çəksin və Rusiya-Azərbaycan münasibətləri getdikcə soyusun”.

Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, ötən gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən DSX-nin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.

Mövzu ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında bildirib ki, Ermənistanın bu cür təxribatlara əl atması gözlənilən idi:

“Ermənistanda olan başıpozuqluq davam etməkdədir. Hətta dövlətin faktik rəhbəri olan baş nazirin kortejinə daş və yumurta hücumu edilir, təhqirə məruz qalır. Bu, Ermənistanda konkret olaraq möhkəm hakimiyyətin olmadığını göstərir.

Hazırda Ermənistanda hakimiyyət böhranı yaşanır. Bu böhran fonunda qeyd olunan təxribatların baş verməsi normaldır. Rusiya hərbi birləşmələrinə də atəş açmaq onu göstərir ki, Ermənistan vasitəçilik missiyasını yerinə yetirən Rusiyanı da günahkar görür.

Bu yanaşma erməni xislətindən irəli gəlir. Ermənilərin tarixən dövlətçiliyi olmasa da, silahlı terrorçu dəstələri hər zaman olub. Məlum erməni təxribatlarına adekvat olaraq, Azərbaycan tərəfi özünü olduqca sakit aparır. Ermənistan istəyir ki, törətdiyi təxribatlarla Rusiya tərəfi də ziyan çəksin və nəinki Azərbaycan-Ermənistan gərginliyi artsın, eləcə də Rusiya-Azərbaycan münasibətləri getdikcə soyusun.

Təbii ki, Azərbaycan tərəfi ötən illərdəki kimi deyil. Bütün məlumatlar istər kəşfiyyat, istərsə də diplomatik kanallarla əldə edilir. Bu məlumatlar lazım olan anda tərəfdaşlarla bölüşülür. Əgər Ermənistan münaqişə çərçivəsində nəzarətdən çıxarsa, Azərbaycan bununla bağlı ciddi ölçülər götürəcək.

Ermənistan münaqişəni yenidən alovlandırarsa, adekvat cavab alacaq. Bu zaman Rusiya hərbçiləri də öncədən məlumatlandırılacaq ki, ermənilərin təxribatı baş tutmasın. Yəni Azərbaycan və Rusiya hərbçiləri arasında qarşıdurma yaranmasın”.

Gülşən Şərif

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv