!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan ordusunun əsgəri HƏBS OLUNDU

!Reklam – Yazi

Ermənistanda əsgər həbs olunub.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan Respublikasının İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, 2024-cü il yanvarın 9-da saat 06:20 radələrində Ermənistan Müdafiə Komitəsinin N saylı hərbi hissəsinin mühafizə postunda döyüş mövqeyində olan K.K. döyüş mövqeyinə cavabdeh olan müqaviləli hərbçini qətlə yetirib.

Faktla bağlı Ermənistan Respublikası İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin istintaq idarəsi tərəfindən cinayət işi açılıb.

Araşdırma zamanı məlumat əldə edilib ki, insidentdən əvvəl mövqe rəisi K.K. və döyüş növbətçiliyində olan çağırışçılardan N.X. arasında döyüş növbətçiliyi qaydalarının pozulması məsələsi ilə bağlı mübahisə yaranıb.

Müşahidəçi kimi xidməti vəzifələrini yerinə yetirən çağırışçı əsgər zirzəmiyə daxil olaraq K.K. istiqamətində ona təhkim edilmiş tüfəngdən atəş açaraq onu güllələyib.

Həmin gün N.X. tutulub. İbtidai istintaq zamanı əldə edilmiş kifayət qədər faktiki məlumatlar əsasında çağırışçı əsgərə qarşı Ermənistan Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanılıb.

Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib və təmin edilib. İstintaq davam edir.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv