!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın sıradan çıxarılan texnikaları: 200-dək tank, 228 artilleriya qurğusu, 30 ədəd... - SİYAHI

!Reklam – Yazi

“Azərbaycan Ordusunun əks-hücum əməliyyatı uğurla davam edir”.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bildirib.

A.Eyvazov deyib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: “Düşmən müxtəlif istiqamətlərdə geri çəkilməyə məcbur olub”.

Müdafiə Nazirliyinin mətbuat katibi qeyd edib ki, Ermənistan mətbuatında guya Azərbaycana məxsus təyyarə və vertolyotun vurulması barədə yayılan xəbərlər yalandır: “Bu müddət ərzində 200-dək tank, 228 artilleriya, 110-dan artıq avtomobil texnikası, yaylım atəş qurğusu, 30 ədəd hava hücumundan müdafiə sistemi, 6 komanda idarəetmə məntəqəsi, 5 silah sursat anbarı, 1 ədəd zenit-raket kompleksi sıradan çıxarılıb”.

www.yenicag.az

758
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv