!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın ziddiyyətli sülh vədi: “Qarşılıqlı silahlanma regionu barıt çəlləyinə çevirir”

!Reklam – Yazi

“Hər iki tərəfin silahlanması regionu barıt çəlləyinə çevirir”.

Bu sözləri Ermənistanın sülhdən danışması, müəyyən vədlər verməsi ilə paralel silahlanmasını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, Ermənistan siyasi rəhbərliyinin sülhlə bağlı bəyanatları ilə silahlanmanı həyata keçirməsi bir-birinə uyğun gəlmir.

“Ermənistanda həmişə revanşist fikirlər, qüvvələr olub. Faktiki olaraq, Ermənistanın baş naziri Nikol Paşinyanın, parlamentin sədri Simonyanın, təhlükəsizlik şurasının sülh müqaviləsi ilə bağlı bəyanatları ilə silahlanması bir-birinə uyğun gəlmir”, – deyə o qeyd edib.

Politoloq əlavə edib ki, bölgədə gərginlik mövcuddur.

“Ermənistan silahlandığı kimi, Azərbaycan da silahlanmanı davam etdirməlidir. Hər iki tərəfin silahlanması regionu barıt çəlləyinə çevirir. Ermənistan nə qədər silahlansa da, Azərbaycana hərbi baxımdan gücü yetməyəcək. Azərbaycan və Ermənistan tərəfi hərbi təlimlər keçirir. Ancaq müqayisə etsək, Azərbaycan tərəfi daha intensiv hərbi təlimlər keçirir.

Əgər Ermənistanla Azərbaycan arasında çərçivə sazişi imzalansa, rəsmi İrəvan 4 kəndin qaytarılması ilə bağlı öhdəlik götürəcək. ABŞ-dəki görüş, Türkiyənin bu prosesə qoşulmsı vacib amildir. Böyük ehtimalla, Zəngəzur dəhlizinə nəzarəti Türkiyə ələ keçirəcək. Bu isə Azərbaycan üçün daha uğurlu variantdır. Ancaq bunların baş verməsi üçün sülh müqaviləsi mütləq imzalanmalıdır”, – deyə o bildirib.

Səxavət Məmməd

COP29

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv