Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

media-hightechnic-468x90

Suriya və Almaniya Prezidentləri Əhməd əş-Şəraa və Frank-Valter Ştaynmayer Berlində ikitərəfli münasibətləri və müxtəlif sektorlarda əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə SANA agentliyi xəbər verir.

“Hər iki tərəf əməkdaşlığın genişləndirilməsində və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin aktivləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər”, – agentlik qeyd edir.

Əhməd əş-Şəraa həmçinin Berlində keçirilən Alman-Suriya biznes forumunda iştirak edib.

O, Suriyanın ölkəyə investisiyaları stimullaşdırmaq məqsədilə investisiya qanunvericiliyinə əhəmiyyətli düzəlişlər etdiyini bildirib.

“Biz Suriyaya investisiyaları sadələşdirmək və təşviq etmək üçün investisiya qanununa çoxsaylı düzəlişlər etmişik”, – o qeyd edib və ölkənin “infrastruktura və neft-qaz ehtiyatlarına əhəmiyyətli investisiya imkanları təklif etdiyini” əlavə edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05