“Əsəd öz xalqını terrorçu, terrorçuları isə xalqı olaraq görür” – Hələb Türkmənləri Dərnəyinin baş katibi

media-hightechnic-468x90

asad“Hələbdə baş vermiş vəhşiliklərin dünyaya çatdırılacağından narahat olduqları üçün insanların təxliyyəsinə mane olmağa çalışırlar”.

Yeniçağ.Az-ın məlumatına görə, bu fikirləri Türkiyə mətbuatına açıqlamasında Hələb Türkmənləri Dərnəyinin baş katibi Ahmet Zeynel Mahli deyib.

Mahli iddia edib ki, Əsəd qətliam baş verən yerdə qələbə çıxışı edəcək:

“Çıxış zamanı Qərbə Suriyanı terrorçulardan təmizlədiyini deyəcək. Əsəd öz xalqını terrorçu, terrorçuları isə xalqı olaraq görür. Əslində isə ən böyük qatil özüdür.

6 kilometrlik bir ərazidə 70 min insan çətin vəziyyətdədir. Onların böyük əksəriyyəti uşaqlardır. Əsəd bu insanlara qarşı dünyada qadağan olunmuş bütün kimyəvi silahlardan istifadə edir.

İnsanlara tibbi yardım göstərmək mümkün deyil, qanaxmadan ölənlər var”.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa