Ev və qarajdan 3 600 manatlıq oğurluq edildi – Bakıda

Bakıda oğurluq hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyinə görə tutulan R.Abdullayevin ətrafında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 qarajdan 3 000 manat dəyərində dəmir boru, 100 metr elektrik naqili, inşaat materialları və 1 evdən 500 manat dəyərində kombi oğurlaması da müəyyən edilib.