Azərbaycanda əhalinin bank əmanətləri artıb

media-hightechnic-468x90

Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 43 milyard 281,2 milyon manat təşkil edib.

Yenicag.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 4,1 %, ilin əvvəlinə nisbətən 7,5 %, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə isə 15 % çoxdur.

Bunun 54,5 %-i, yaxud 23 milyard 603,3 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 14,8 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 13,7 % artaraq 16 milyard 181,8 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 23,3 % artaraq 3 milyard 496,1 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 22 milyard 588,9 milyon manatı (il ərzində 3,8 % çox) qısamüddətli, 20 milyard 692,3 milyon manatı (+30,4 %) isə uzunmüddətli olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa