Evdən maşın qaçıran gənc dəhşətli qəza törətdi - 2 ağır yaralı

media-hightechnic-468x90

Şirvanda ağır yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Şirvan şəhər sakini, 28 yaşlı Zahid Eyvazov evdən qaçırdığı “Hundai” markalı avtomobillə Heydər Əliyev prospektində hərəkət edərkən nəqliyyat vasitəsi “Mersedes” markalı avtomobillə toqquşub.

Daha sonra digər “Mersedes” və “Vaz-2107”yə çırpılıb. Qəza zamanı avtomobillər ciddi zədələnərək yararsız hala düşüb. Nəticədə “Hyundai”in sürücüsü ilə “Mersedes”lərdən birinin sürücüsü, 46 yaşlı Vidadi Cəfərov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qalır.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600