Şəki sakininin evindən narkotik vasitə götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları şəhər sakini Rövşən adlı şəxsin narkotik vasitə qəbul etməsi, üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması, eləcə də onun satışı ilə məşğul olması barədə məlumat əldə ediblər.
Əldə edilmiş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş, 43 yaşlı Şəki şəhər sakini Rövşən Vahidov saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman ümumi çəkisi 300 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az