Əziz Əzizov keçmiş kadrına yeni vəzifə verdi

media-hightechnic-468x90

Beyləqan Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatı olub.

media-banner_tkm

Yenicag.az verir ki, bununla bağlı icra başçısı Əziz Əzizov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Eldəniz Əliyev RİH-in Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri təyin olunub.

Qeyd edək ki, Eldəniz Əliyev Əziz Əzizovun yaxın kadrı kimi tanınır. O, əvvəllər Əziz Əzizovun Suraxanı RİH-in başçısı olduğu dövrdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, sonra isə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, 62 yaşlı Ə.Əzizov 20 ildir icra başçısı vəzifəsində çalışır. O, 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə Yasamalın, 2019-2024-cü illərdə Suraxanının icra başçısı vəzifəsində işləyib. 2024-cü ildən isə Beyləqanın icra başçısıdır./İqtisadiyyat

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05