“Facebook” Yeni Zelandiyada törədilən terrorun videolarını sildi – “YouTube”un silməsi üçün çalışılır

Yeni Zelandiyada törədilən terror aktının videogörüntüləri “Facebook” sosial şəbəkəsindən silinib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Facebook”un nümayəndələri xəbər verib.

“Kadrlar “Facebook” sosial şəbəkəsində paylaşıldıqdan sonra Yeni Zelandiya polisi bizi məlumatlandırdı. Biz də öz növbəmizdə həmin görüntüləri sildik” – deyə məlumatda bildirib.

İndi “Google” nümayəndəsi qeyd edib ki, onlar videonun “YouTube” videohostinqindən tam silinməsi üçün çalışırlar.

COP29