FAKTİKİ HAVA: Dalğanın hündürlüyü 2,6 metrə çatdı

media-hightechnic-468x90

Neft Daşlarında dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, yanvarın 8-nə olan məlumatına əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 20 m/s-dək güclənib, Altıağacda 23 m/s qeydə alınıb.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir.

Gün ərzində küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, gecəyə doğru isə tədricən 18-20 m/s olacaq.

Küləkli hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Yanvarın 8-dən 9-na keçən gecə 8-13 m/s-dək mülayimləşəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa