Beyləqandakı dəhşətli hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Beyləqan rayonunda 5 nəfərin zorakılığına məruz qalan yeniyetmə ilə bağlı araşdırma aparıb.
Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq qurumdan məlumat verilib.
Bildirilib ki, baş verən hadisə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Beyləqan Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə yaradılıb:
“Yetkinlik yaşına çatmayanın ailəsi eləcədə, yeniyetmənin vəziyyəti qiymətləndirilmişdir. Hazırda yetkinlik yaşına çatmayanın hüquqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir”.
Qeyd edək ki, Beyləqan rayonunda 15 yaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər edilməsilə bağlı polisə məlumat daxil olub. İş üzrə 5 nəfər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.












