FAKTİKİ HAVA: Güclü külək əsib, yağış yağıb

media-hightechnic-468x90

Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 10:00-a olan məlumatına əsasən, gecə saatlarında ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə xidmətin məlumatında qeyd edilib.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Şahbuzda 7, Şərurda 6, Ordubad, Sədərəkdə 4, Astara, Naxçıvanda 2, Culfa, Yardımlı, Lənkəran, Daşkəsəndə 1 mm-dək qeydə alınıb.

Qərb küləyi əsib, küləyin maksimal sürəti Kəlbəcərdə 27, Şahdağda 25, Bakıda və Abşeron yarımadasında 21, Culfa, Daşkəsəndə 20, Goranboyda 19, Mingəçevir, Naftalan, Şamaxıda 18, Lerikdə 17, Qobustan, Altıağac, Yardımlıda 16, Şəkidə 15 m/s-dək güclənib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05