!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Faktiki hava şəraiti AÇIQLANDI

!Reklam – Yazi

Noyabrın 16-sı saat 11:30 məlumatına əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, düşən yağıntının miqdarıVəlvələçay-Təngəaltıda (Quba) 17.0 mm, Ləzədə 12.0 mm, Qusarda 10.0 mm, Şabranda 3.0 mm, Qəbələ, Şəkidə 2.0 mm, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1.0 mm, Bakıda və Abşeron yarımadasında Pirallahı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.

Şimal-qərb küləyi arabir Qobustan, Salyanda 28 m/s, Altıağacda 26 m/s, Xaçmazda 25 m/s, Hacıqabulda 24 m/s, Beyləqanda 22 m/s, Nabran, Neftçalada 20 m/s, Ceyrançöl, Şamaxı, Şabran, Qubada 18 m/s, Bakıda və Abşeron yarımadasında Ələt, Maştağada 35 m/s, Bakıda 33 m/s, Pirallahıda 30 m/s, Qum adasında 28 m/s, Çilov adasında 26 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 22 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 5-10° isti, dağlıq rayonlarda 10-15° şaxta, Naxçıvan MR-da 3° şaxtadan 3°-dək isti olub.

www.yenicag.az

316
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv