!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fazil Məmmədovun kürəkəninin biznesi - Əbdül Əliyev İngiltərədə bina aldı - FOTOFAKT

!Reklam – Yazi

Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərənin Nottingham şəhərinin mərkəzində 1.5 milyon funt sterlinq dəyərində (əlavə dəyər vergisi 2 milyon dollar ekvivalentində olan məbləğə daxil deyil) binanı satın alıb.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Nottinghamın NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən əmlak bu ilin yanvar ayında NovaLoca əmlak agentliyi vasitəsilə satışa təqdim edilib: “Əmlak agentliynin saytında (https://www.novaloca.com/retail-premises/for-sale/nottingham/50-52-long-row/178331) satışla bağlı ətraflı məlumat verilib.

Qeyd olunub ki, binanın ümumi sahəsi 1791 kvadrat metrdir. Ticarət obyektlərindən ibarət alt mərtəbəsinin sahəsi isə 475 kvadratmetrdir və 2021-ci ilin mart ayınadək qüvvədə olan illik icarəsi 90 min fint sterlinq təşkil edir”.

“İyulun 10-da Əbdül Əliyev binanı satın almaq barədə razılaşıb. İyulun 20-də isə keçmiş nazirin kürəkəninə məxsus NOAP PROPERTIES LIMITED şirkəti Dartforddakı The Bridging Group Limited maliyyə şirkəti ilə müqavilə bağlayaraq satınalmanı reallaşdırıb.

NOAP PROPERTIES LIMITED 2019-cu il iyunun 27-də Əbdül Əliyevin təsisçiliyi ilə Londonda qeydiyyatdan keçib”, – jurnalist vurğulayıb.

Qeyd edək ki, Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini olub.

www.yenicag.az

6685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv