“Fənərbağça” 3 xalı darmadağınla qazandı

media-hightechnic-468x90

Futbol üzrə Türkiyə Superliqasında X tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

“Fənərbağça” səfərdə “Qaziantep”in qonağı olub. İstanbul təmsilçisi rəqibinə 4:0 hesabı ilə qalib gəlib. Qolları Yussuf En-Nesiri (2) və Anderson Taliska vurublar.

Bu qələbə ilə xallarını 22-yə çatdıran “Fənərbağça” 3-cü pillədəki mövqeyini qoruyub. “Qaziantep” isə 17 xalla altıncıdır.

Günün digər matçında isə “Samsunspor” “Rizəspor”la heç-heçə edib.

Qeyd edək ki, turnir cədvəlinə 28 xalla “Qalatasaray” başçılıq edir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa