!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fərid Əfəndiyev: "Alimentlə bağlı məsələlər ciddi nəzarətə götürülüb"

!Reklam – Yazi

“Karantin rejimi dövründə alimentlə bağlı məsələlər ciddi nəzarətə götürülüb”.

Yenicag.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusuna həsr olunan onlayn brifinqində çıxışı zamanı İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev bildirib.

Fərid Əfəndiyev vurğulayıb ki, karantin dövründə aliment kimi ödənişlərin ödənilməsi vacib məsələdir. Bu ödənişlərin gecikdirilməməsi üçün Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilib:

“Xüsusi karantin rejimi dövründə vətəndaşlarla qəbul virtual şəkildə həyata keçirilib və bir sıra onlayn konfranslar keçirilib. Bir sıra işlərin icrası isə müvəqqəti təxirə salınıb. Bu zaman tərəflərin istəyi nəzərə alınıb. Lakin karantin rejiminin olmasına baxmayaraq, alimentlə bağlı məsələlər ciddi nəzarətə götürülüb. Belə ki, aliment və digər ödənişlərin “ASAN ödəniş” və bir çox tətbiqlər vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün şərait yaradılıb”.

Gülşən Şərif

www.yenicag.az

1270
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv