Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fərid Qayıbov İstanbulda "Teknofest"ə qatıldı - FOTOLAR

Reklam: Sinerji Pro

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyənin İstanbul şəhərində təşkil olunan Teknofest – Aviasiya, Kosmos və Texnologiya Festivalını ziyarət edib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, F.Qayıbov Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi pilotsuz uçuş aparatları, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Türkiyə Gənclər və İdman Nazirliyinin pavilyonları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Anadolu Liseyinin komandalarının hazırladığı startap layihələrlə tanış olub, Türkiyə Gənclik Mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.

Nazir həmçinin “Bayraktar TB2”, “Akıncı” və digər hərbi təyyarələrin nümayişini izləyib.

Qeyd edək ki, sayca dördüncü ildir keçirilən beynəlxalq tədbirin əsas məqsədi gənclər arasında aviasiya, kosmik və texnoloji bacarıqları ortaya çıxarmaq, yeni ideya və təşəbbüsləri dəstəkləməkdir. Bu il 34 kateqoriya üzrə, 44 912 komanda tərkibində 200 000 insan iştirak edir və dünyanın ən böyük texnologiya festivalıdır.

www.yenicag.az

149
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100