Reklam

Reklam

FETÖ terror şəbəkəsi mənsublarının müxtəlif kanallarla cəmiyyətə yaydıqları “Bahar mesajları” Gülənçilərin yeni çevriliş hazırlığında olduqlarına dair qənaətləri gücləndirib.

Yeniçağ.Az xəbər verir ki, Türkiyənin tanınımış yazarı Mehmet Fatih Eryılmaz dərc etdirdiyi məqaləsində FETÖ terror şəbəkəsinin Qərbin dəstəyi ilə təkrar baş qaldırması ehtimalının artdığını qeyd edib:

1. 2016-cı il 15 iyul gecəsi FETÖ və bu terror şəbəkəsi liderinin yerində oturdulduğunu, ancaq sadəcə, bir müharibəni udmaqla uduzmağın qalib gəlmək, yaxud da məğlub olmaq anlamına gəlməyəcəyini, düşmənin məhv edilməsi bir yana, hələ mübarizənin yeni başladığını, vaxtimızın çox olmadığını, yaralı düşmənin daha təhlükəli olduğunu yazmışdım.

2. FETÖ-nun 15 iyulda zərbə alan elementlərini yenidən dizayn etdiyini, quyruğunu itirən kərtənkələ kimi üzə çıxan və artıq yararsız hesab etdiyi ünsürlərini dövlətin qarşısına atdığını, onların vasitəsilə dövlətin diqqətini yayındırdığını, ötən ilin noyabrından etibarən əks-hərəkətlərə başladığını yazmışdım.

3. Hər müəmmalı təşkilatda görülən gələcəkdən xəbər vermək və gün müəyyənləşdirmək məsələsində, FETÖ-nün rəqəm hesabları ilə başladığını tarix göstərmək məsələsində, özləri üçün mühüm saydıqları tarixlərlə bağlı mesajlar verdiyini yazmı, “Zaman” qəzetinin gülən uşaq reklamının ilk nümayiş tarixi olan 2015-ci il oktyabrın 5-dən 9 ay 10 gün sonra 16 iyul olduğunu, bu tarixdən 9 ay 10 gün sonra – aprelin 27-nin Fətullah Gülənin ad günü olduğunu qeyd etmişdim.

4. Ötən həftə başlayan və FETÖ-nun bəzi ünsürlərinin dilə gətirdiyi “Bahar gəlir” sözləri boş və təsadüfi ifadə deyil. Bu, Qərb paytaxtlarında (ABŞ, Almaniya və s.) Batı başkentlerinin (ABD/Alman) FETÖ ilə həyata keçirilməsi nəzərdə tutlan planların kənara sızmasıdır.

5. Sözdə müttəfiqlərimiz olan NATO komandanlarının FETÖ-ya dəstək xarakterli açıqlamalarından sonra ötən həftə Almaniya kəşfiyyatının rəhbəri Bruna Karlın “15 iyulun arxasında FETÖ-nu görmədik” açıqlaması, əslində, “Biz də həyata keçiriləcək planın içindəyik” mənasını verir. Bu ittifaqdan çıxarmaalı olduğumuz ilk nəticə FETÖ-ya qarşı keçirilən əməliyyatlara baxmayaraq, bu terror şəbəkəsinin Qərb paytaxtlarında ittifaq qurmaq imkanının olduğunu dəyərləndirməkdir. masıdır.

6. Əvvəllər də uzun-uzadı yazdım.Ancaq anlaşılamadığını düşündüyümdən, tarixə qeyd salmaq üçün daha öncə yazdıqlarımla bu işin haradan başladığını və hara gedəcəyini qısaca yazdım. Düşmənin necə bir plan həyata keçirə biləcəyi artıq bir təhlil mövzusudur. FETÖ, bahar ifadələri, təşkilatın sirli dili və səlib elementlərinin açıqlamalarını kompleks halda nəzərdən keçirdikdə, indiyə kimi ciddi qəbul edilməyənlərə də ciddi yanaşmağın faydalı olacağını deyirik.

Gülənçilərin sosial şəbəkələrdə müxtəlif məzmunlarda “Bahar mesajları” paylaşmaları da terror şəbəkəsinin yeni hazırlıqlar işində olduğunun göstəricisi kimi qiymətləndirilir. Məsələn, Gülənçi yazar Tuncay Opçinin “Sənə söz, yenə Baharlar gələcək”, camaat mənsubu professor Önder Aytaçın “Ətrafına gül oya, Zülmətdi doya-doya, lakin dövrə daralır, hər tərəfini sıxacaq, içi çölünə çıxacaq, İnşallah, aqibət betər olacaq”, Türkiyədən qaçaraq dövlət əleyhinə müntəzəm çıxışlar edən Emre Uslunun isə “Xəzan olar, ayaz vurar, soyuq kəsər, sonra bahar gələr, 1000 ışkın boy verər. Nuh tufanı belə həyat həqiqətini sıradan çıxarmayıb. Ənsəni qaraltmayın” kimi mesajları FETÖ daxilində bir “bahar hərəkətlənməsi”ndən xəbər verir.

Əlbəttə ki, terror şəbəkəsinin yenidən baş qaldırmasında Qərb dövlətlərinin təsiri şübhəsizdir. Ancaq 15 iyulda darmadağın edilən FETÖ Qərbin dəstəyi əsasında son çırpıntıları ilə nəyəsə nail olacağını düşünürsə, bu, Gülən və tərəfdarlarının başlarına gələnlərdən dərs almadıqlarını göstərir. Yəni bu gedişlə Gülənçilərin ümidlə gözlədikləri bahar FETÖ-nun sonu olacaq.

Qeyd edək ki, Azərbaycandakı kripto-Fətullahçılar Qərbin Türkiyəyə qarşı yolverilməz davranışları fonunda susqunluqlarını pozmaqdadırlar. O baxımdan, sson günlərdə onların sosial şəbəkələrdə fəallaşmaları yuxarıda haqqında danışılan antiTürkiyə planlarının işə salınması ilə izah oluna bilər.

 

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 78
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."