FİFA AFFA-nı cərimələdi - SƏBƏB

media-hightechnic-468x90

FİFA İntizam Komitəsi AFFA-nı cərimələyib.

Yenicag.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Azərbaycan millisinin Portuqaliyaya qarşı keçirdiyi 2022-ci il dünya çempionatının seçmə oyunu zamanı təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Meydana daxil olan azarkeşlər milli assosiasiyanı 5 000 İsveçrə frankı məbləğində ziyana salıb.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılmış və qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatmış qarşılaşmanın sonlarına yaxın 4 azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600