!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fikrət Fərəməzoğlu niyə BMCQMİ-də saxlanılır? – Maraqlanan yoxdur

!Reklam – Yazi

FikretArtıq 12 gündür ki, “Jam.az” saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs olunaraq, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (BMCQMİ) saxlanılır.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 157.3 maddəsinə görə, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz. Fikrət Fərəməzoğlu barəsində isə Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə cinayət işi başlanılaraq, həbs-qətimkan tədbiri seçilib. Bu müddətdə jurnalistin BMCQMİ-nin təcridxanasında saxlanılması qanuna ziddir.
Bununla bağlı “Qaynarinfo.Az” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadəyəmüraciət edib.

Orxan Mənsurzadə

Orxan Mansurzadə bildirib ki, bu sualla Baş Prokurorluğu müraciət etmək lazımdır:”Onunla bağlı hansı istintaq əməllərinin həyata keçirildiyini prokurorluqdan öyrənə bilərsiniz”.
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Təranə Vəlizadə isə bildirib ki, sualımızı cavablandırmaq üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət etməliyik.

 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Qaynarinfo.Az”abildirib ki, istirahətdən yeni qayıdıb və jurnalist Fikrət Fərəmozoğlunun həbsi barədə geniş məlumata malik deyil. Novella Cəfəroğlu daha sonra qeyd edib ki, yaxın günlərdə bu məsələ ilə maraqlanacaq.

 

 

 

Novella Cəfəroğlu

Digər hüquq müdafiəçisi Səadət Bənənyarlı da Fikrət Fərəməzoğlu barəsində məsələ qaldırmaq üçün onun yaxınlarından və ya vəkilindən heç bir müraciət almadıqlarını deyib: “Əlbəttə biz işin gedişatını izləyirik. Amma konkret olaraq bununla bağlı məsələ qaldırmaq və ya onunla görüş üçün müraciət etmək üçün bizə hər hansı müraciət daxil olmalıdır”.

Səadət Bənənyarlı

Ombudsman Aparatından isə sorğumuza cavab almaq mümkün olmadı. Aparatın “Qaynar xətt”indən bildirilib ki, mətbuat xidməti respublikanın bölgələrində ictimai dinləmələr keçirir: “Mətbuat xidməti də həmin tədbirlərə görə rayonlara səfər edir”.

Bununla belə, “Qaynar xətt”dən bildiriblər ki, jurnalistlə bağlı aparata məlumat veriləcək.(Qaynarinfo)

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv