Filippin Prezidenti ABŞ hərbi qüvvələrini ölkəsini tərk etməyə çağırıb

media-hightechnic-468x90

duterteFilippin Prezidenti Rodriqo Duterte ABŞ hərbi qüvvələrini ölkəsini tərk etməyə çağırıb.

Bu barədə Yenicag.az “AZƏRTAC”-a istinadən məlumat verir.

NHK televiziya kanalının yaydığı məlumata görə, dekabrın 17-də jurnalistlər qarşısında çıxış edən Filippin Prezidenti bildirib ki, ölkəsinin ABŞ-a ehtiyacı yoxdur. Prezident deyib ki, Filippin həmişə Çindən və ya digər ölkədən dəstək ala bilər. O, ABŞ hərbi qüvvələrinə Filippində qalmaq səlahiyyəti verən paktı cıracağını vurğulayıb.

ABŞ hökuməti tərəfindən təsis olunan “Millenium Challenge Corporation” şirkəti Filippində insan hüquqları məsələsində yaranan narahatlığa görə bu ölkəyə yardım zərfini dayandırdıqdan sonra R.Duterte belə bir bəyanatla çıxış edib.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600