Filippinin Mindanao adası sahillərində Rixter cədvəli ilə 6,1 bal gücündə zəlzələ baş verib.
Yenicag.az-ın məlumatına görə, zəlzələnin episentri Davao şəhərindən 130 kilometr cənub-şərqdə qeydə alınıb.
Yeraltı təkanlar yerin 80 kilometrliyində baş verib.
Hadisə nəticəsində hər hansı bir itki və ya fəsadların olmadığı deyilir.