!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Filippində QASIRĞA: 150-dən çox insan həlak oldu

!Reklam – Yazi

Filippini vuran “Nalci” tropik qasırğasından 4,62 milyondan çox insan zərər çəkib.

Yenicag.az xəbər verir ki, fəlakət riskinin azaldılması və onların idarə edilməsi üzrə Milli Şuranın dərc olunmuş hesabatına əsasən, təbii fəlakət nəticəsində 156 nəfər ölüb.

Qurumun məlumatına görə, 954 evakuasiya mərkəzində 1,02 milyon köçkün var. 355,4 mindən çox insan evlərini əvvəlcədən tərk edib. Azı 141 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 37 nəfər itkin düşüb. Ölkənin 13 regionunda daşqınlar və sürüşmələr də daxil olmaqla təbii fəlakətlər nəticəsində 1,57 min insident qeydə alınıb.

Qasırğa 31,5 min evə ziyan vurub, 3,1 mindən çox evi məhv edib.

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv