!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ford “Qızıl Era” satışda

!Reklam – Yazi

311139 (1)Rik Dor hotrodlar aləmində ən tanınmış adlardan biridir. Onun işləyib ərsəyə gətirdiyi nümunələrə çoxsaylı dərgilərin səhifələrində, şourumlarda və şəxsi kolleksiyalarda rast gəlmək mümkündür. Lakin yəqin ki, onların arasında Golden Era (“qızıl era”) adlı bu son dərəcə alçaq rodster ən yaxşısıdır və o satılır.

Rikin 60-cı illərin (məhz həmin dövr hotrodların qızıl erası hesab edilir) üslubunda tərtib edilmiş məhsulu 1926-cı ilin Ford Model T bazasındadır. O uzadılmış təkər bazasına və endirilmiş klirensə sahibdir. Və bu klirens o qədər alçaqdır ki, avtomobil “uzanmış polis”in üzərindən belə çətin ki, aşıb keçə bilsin.

Golden Era öz gücünü 325 a.g. hasil edən 5,75 litrlik V8 Ford mühərrikindən alır. Nəfis hotrod 2006-cı ildə yığıldıqdan sonra satın alınıb. Bir sıra şəxsi kolleksiyaları gəzdikdən sonra o yenidən RM Auctions hərracına qayıdır. Burada ondan ən azı 60 000 dollar qazanmağı planlaşdırırlar.

(news.milli.az)

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv