Fransa da Fələstinin müstəqilliyini tanıdı
Fransa Fələstinin müstəqilliyini tanıdığını bəyan edib.
Yenicag.az xəbər verir ki, bu haqda Fransa Prezidenti Emmanuel Makron açıqlama verib.
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Fələstin məsələsi ilə bağlı keçirilən konfransda o, “Bu gün Fransanın Fələstin Dövlətini tanıdığını bəyan edirəm”, – deyib.
Qeyd edək ki, daha öncə Kanada, Avstraliya və Böyük Britaniya da Fələstin dövlətini rəsmən tanıdıqlarını açıqlamışdılar./Qafqazinfo/