!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransadan Cənubi Qafqazda dağıdıcı MÖVQE: “Ermənistanı buna məcbur etmək lazımdır” – Sülh müqaviləsi TƏKLİFİ

!Reklam – Yazi

“Ermənistanı sülh müqaviləsini imzalamağa vadar etmək lazımdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında sülh müqaviləsinin imzalanmasında yaradılan problemləri, Fransanın regionda apardığı siyasəti şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynli bildirib ki, Fransa Cənubi Qafqazda dağıdıcı mövqe nümayiş etdirir.

“Prosesi gərginləşdirən Fransadır. Fransa imperiya ədası nümayiş etdirir. Ermənistanı açıq-aşkar müdafiə edir. Yeni silahlar verir, erməni tərəfini silahlandırır”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, İtaliya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq sahəsində inkişaf edir.

“Azərbaycan İtaliyadan hərbi yüklərin daşınması üçün təyyarə alıb. Bundan əlavə, Fransanın Ermənistana satdığı “Sezar” haubitsasına adekvat olan silahlar almaqla bağlı danışıqlar aparır. İtaliyanın istehsal etdiyi haubitsaları mükəmməliyi ilə fərqlənir.

ABŞ-dan regiona səfərlər edirlər, ancaq heç biri demir ki, militarizmə, sürətlə silahlanmaya yol vermək olmaz. Bölgə sakit nəfəs almalıdır, insanlar silahla yox, torpaqla, sənaye ilə məşğul olmalıdır. Bunu deyən yoxdur. Xüsusən Rusiya və Fransa insana qiymət vermirlər. Dünyanı qarışdırmaq üçün əllərinə düşən fürsətdən istifadə edirlər”, – deyə o bildirib.

Q.Hüseynli vurğulayıb ki, Fransa kimi provakotor bir ölkəni regiondan çıxarmaq istəyən yoxdur:
“Belə sezilir ki, ABŞ da Fransanın mövqelərini bölüşməyən ölkədir. İtaliya Fransaya qarşı mübariz mövqe tutur. Fransanın canı Almaniyanın əlindədir. Avropa Birliyinin lokomativi Almaniyadır. Azərbaycan Almaniya ilə diplomatik əlaqələrini genşiləndirməlidir. İtaliya ilə az qalsın, strateji tərəfdaşlıq səviyyəsinə çatan münasibətlərimiz yarınıb. Avropa ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək lazımdır”.

Politolioq qeyd edib ki, Ermənistanı sülh müqaviləsini imzalamağa vadar etmək lazımdır:

“Dünyada belə təsəvvür yaranıb ki, sülh müqaviləsinin imzalanmasına mane olan Azərbaycandır. Ona görə də, Azərbaycana təzyiq edirlər. Hesab edirəm ki, Azərbaycan reallığı ortaya qoymalı, əslində, buna mane olan tərəfin Ermənistan olduğunu göstərməlidir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv