Fransalı səfir: “Biz Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımırıq”

media-hightechnic-468x90

ed6bdf12ad76153a29674fd4113c511c“Mövqeyimizi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova çatdırmışam”

media-banner_tkm

“Biz Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımırıq. Bako Saakyanın Fransaya səfəri rəsmi xarakter daşımayıb. Dünən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşəm və Fransanın mövqeyini onun diqqətinə çatdırmışam”.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu sözləri Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın Fransaya səfəri ilə bağlı sualı cavablandıran bu ölkənin Azərbaycandakı səfiri Paskal Mönye deyib.

P. Mönye ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə nə vaxt səfər edəcəkləri barədə dəqiq məlumata malik olmadığını söyləyib.

Xatırladaq ki, Azərbaycan B. Saakyanın Fransaya səfəri ilə əlaqədar bu ölkəyə etiraz notası göndərib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05