Orban Aİ və NATO-nun Rusiya ilə birbaşa münaqişəyə yaxınlaşdığını bəyan edib

media-hightechnic-468x90

Avropa İttifaqı və NATO hər həftə onları Rusiya ilə birbaşa hərbi münaqişəyə yaxınlaşdıran təhlükəli addımlar atır.

Yenicag.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban ölkənin qərbindəki Şombatxey şəhərində hakim Macar Vətəndaş İttifaqı Partiyasının fəalları ilə görüşdə deyib.

“Hər həftə bizi müharibəyə yaxınlaşdıran nəsə baş verir”, – hökumət başçısı NATO-nun Baş katibi Mark Rüttedən sitat gətirib.

Orban xatırladıb ki, Rütte 3 fevralda Kiyevə səfəri zamanı Ali Radada çıxış edərək Rusiya ilə sülh sazişi imzalandıqdan dərhal sonra “istəklilər koalisiyası”nın silahlı qüvvələrinin Ukrayna ərazisində yerləşdiriləcəyini bildirib. Onun sözlərinə görə, bu qüvvələr həm quruda, həm dənizdə, həm də havada mövcud olacaq.

“Rütte Ukraynada NATO və Avropa İttifaqının rəmzləri olan hərbi geyimli əsgərləri görmək istəyir”, – deyə Orban əlavə edib. O həmçinin vurğulayıb ki, Avropa İttifaqı 2030-cu ilə qədər müharibəyə qoşulmağa hazırlaşır və bunun üçün artıq hərbi iqtisadiyyata keçid elan edib.

“Beləliklə, 2026–2030-cu illər həyatımızın ən riskli dövrü olacaq”, – deyə Macarıstan Baş naziri qeyd edib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05