!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın antiAzərbaycan MÖVQEYİ: "Ölkəmizə qarşı hər hansı qərəzli qərar qəbul olunacaqsa..."

!Reklam – Yazi

“Hər hansı formada erməni təəssübkeşliyindən çıxış edən Fransanın BMT-də ölkəmizə qarşı məkirli niyətlərinin bir nəticəsi olmayacaq”.

Bunu BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistan Azərbaycan münaqişəsi ilə bağlı iclas çağırması və bunun hansı nəticələr yarada biləcəyini şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.İlyas Hüseynov bildirib ki, BMT Azərbaycan əleyhinə hansısa bir qərar versə, özünü nüfuzdan salar:

“BMT Təhlükəsizlik Şurası hibrid müharibəsindən sonra dünyada sülhü, sabitliyi, təhlükəsizliyi formalaşdıran, ona nəzarət edən ən üst qurumdur. Ancaq dünyada siyasi konyuktura, ikili standartların davam etməsi onu göstərir ki, BMT TŞ-nin qətnamələri yalnız deklorativ xarakter daşıyır, tövsiyə səviyyəsindən digər mərhələyə keçmir. Bu qətnamələrin gücünü, yerinə yetirilməməsini münaqişə tarixində görmüşük.

Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan dövlət sərhədində rəsmi İrəvan tərəfindən hərbi təxribatlara rəğmən, Fransa tərəfi BMT TŞ-nin iclasını çağırdı. İclasda sərhəddə toqquşmaları dayandırmaq və sülh müstəvisində danışıqlar tövsiyə edilib. Eyni zamanda, iclasın bu gün də davam etdirilməsi qərarı verilib. Yalnız TŞ-nin daimi üzvləri və regionda olan maraqlar konteksində məsələyə baxmalıyıq.

Azərbaycan dövləti BMT-dən sonra ikinci mötəbər və sayının çoxluğuna görə ikinci yerdə duran Qoşulmama Hərəkatının sədrliyini həyata keçirir. BMT-dən sonra kifayət qədər nüfuza malik olan və say etibarı ilə də çoxluq təşkil edən dövlətlərin qurumunun sədri hazırda Azərbaycandır. Bu təşkilat daxilində Azərbaycanın imici müsbətdir. Eyni zamanda, Azərbaycanla Türkiyə arasında olan siyasi, hərbi, humanitar birliyin, qardaşlığın nəticəsini də nəzərə almalıyıq. BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna-Rusiya müharibəsi fonunda Ərdoğanın təşəbbüslərini dəstəkləməklə öz funksiyasını yerinə yetirir. Taxıl dəhlizində Türkiyə, Rusiya, Ukrayna və BMT birgə iştirak edir. Türkiyənin regional təsir gücü və NATO-dakı ikinci mövqeyi hər hansı iqtisadi, hərbi fonda Türkiyənin işə qarışmasını, təbii ki, BMT-nin daimi üzvləri və katibliyi nəzərə almalıdır.

Düşünmürəm ki, ölkəmizə qarşı hansısa qərəzli sənəd qəbul olunsun. Çünki daimi üzvlər sırasında Azərbaycanın iqtisadi tərəfdaşı, Azərbaycanda böyük sərmayəsi olan Böyük Britaniya var. Vətən müharibəsində məhz Böyük Britaniyanın BMT TŞ-də Azərbaycana dəstək olduğunu görmüşük. Müxtəlif formalarda geosiyasi gedişlərin dəyişdiyini, dövlətlərin təsir altına düşüdüyünü görmüşük. Əgər dövlətlər ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı ilə bağlı hansısa formada ölkəmizə irad bildiricəklərsə, onda 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün pozulmasına niyə göz yumurdular? Niyə Ermənistana qarşı hansısa sanksiyalar qəbul olunmurdu? BMT-nin 4 qətnaməsi var idi və icra olunmurdu. Azərbaycana qarşı hər hansı qərəzli qərar qəbul olunacaqsa, bu, BMT-nin nüfuzunun aşağı salınmasına gətirib çıxaracaq. Düşünürəm ki, hər hansı formada erməni təəssübkeşliyindən çıxış edən Fransanın BMT-də ölkəmizə qarşı məkirli niyətlərinin bir nəticəsi olmayacaq. Azərbaycan çox qətiyyətli şəkildə sərhədlərini, ərazi bütövlüyünü qoruyur, qoruyacaq. Ölkəmizə qarşı istənilən təhdidlərin aradan qaldırılması həyata keçiriləcək”.

Səxavət Məmməd

www.yenicag.az

775
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv