!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Fransanın Azərbaycandakı səfiri Ermənistanın faciələrə yol açan “xəritə inadı”na niyə susur? - DİPLOMATİK SÜKUT

Reklam: High Technic

Fransanın Azərbaycandakı səfiri Zakari Qros azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov, həmçinin yerli məmur Arif Əliyevin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında minaya düşərək həlak olmasından sonra daha da aktuallaşan Ermənistanın minalanmış Azərbaycan ərazilərinin xəritəsini verməkdən imtina etməsinə münasibət bildirməkdən yayınır.

Yenicag.az qeyd olunan məsələ ilə bağlı iyunun 4-dən etibarən, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Azərbaycandakı səfirliyinə bir neçə dəfə şifahi (telefonla) və yazılı (e-mail) müraciət etməsinə baxmayaraq, sorğumuza hər hansı bir formada cavab verilməyib.

Çox maraqlıdır, səfir Zakari Qros faciə baş verən gün özünün sosial şəbəkə hesabında jurnalistlərin həlak olmasından kədərləndiyini ifadə edərək onların ailələrinə başsağlığı versə də, nədənsə, Ermənistanın bu faciəyə yol açmış qeyri-humanist davranışı, minalanmış ərazilərin xəritəsini verməkdən boyun qaçırması mövzusunda danışmaq istəmir.

Xatırlatmaq yerinə düşər ki, Zakari Qrosun bu “diplomatik sükutu” fonunda Fransanın Ermənistandakı səfiri Conatan Lakotun ölkəsinin rəsmi İrəvana dəstəyinin açıq göstərildiyi publik fəallığı diqqətdən yayınmır.

Əslində, bizim Qrosa müraciətimizin kökündə onun Azərbaycana yönəlik dəstək xarakterli fikir bildirməsi yox, sadəcə, ölkəsinin vasitəçilik statusundan irəli gələrək aktual məsələyə şərh verməsi dayanırdı.

Lakin Fransa səfirinin bu mövzuda susmağa üstünlük verməsi onun təmsil etdiyi ölkənin “kiçik bacı” adlandırdığı və Azərbaycan ərazilərini uzun müddət işğal altında saxlamış Ermənistanı incitməmək niyyətindən qaynaqlanması qənaətini daha da gücləndirir.

www.yenicag.az

246
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100