Fransanın millimizə qarşı heyəti bəlli oldu
Fransa yığmasının DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan milli komandasına qarşı keçirəcəyi oyunun heyəti açıqlanıb.
Yenicag.az xəbər verir ki, baş məşqçi Didye Deşam milliyə 24 futbolçu dəvət edib.
Qapıçılar: Lik Şevalye, Mayk Menyan, Bryis Samba.
Müdafiəçilər: Conatan Kloss, Lyuka Diny, Teo Ernandes, İbrahima Konate, Jül Kunde, Benjamen Pavar, Uilyam Saliba, Deyo Upamekano.
Yarımmüdafiəçilər: Eduardo Kamavinqa, Mateo Qenduzi, Manu Kone, Adrian Rabiot, Orelian Çuameni, Uorren Zair-Emri.
Hücumçular: Bredli Barkola, Usman Dembele, Desir Due, Randal Kolo Muani, Kilian Mbappe, Maykl Olise, Markus Tyuram.
Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-da, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.












