!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransız Polineziyasının nümayəndə heyəti mətbuat konfransı keçirdi

!Reklam – Yazi

Mayın 30-da Milli Məclisdə Fransız Polineziyası (Maohi Nui) nümayəndə heyətinin ölkəmizə səfərinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Yenicag.ax xəbər verir ki, Maohi Nui nümayəndə heyətinin rəhbəri, Tavini Huiraatira Partiyasının baş katibi Viktor Mamatuaiahutapu yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına və hökumətinə təşəkkürünü bildirib, keçirilən görüşlər və tədbirlər barədə təəssüratlarını bölüşüb.

Viktor Mamatuaiahutapu və Fransız Polineziyası Assambleyasının Büdcə və maliyyəyə nəzarət komissiyasının sədri Morea Mamatuaiahutapu jurnalistlərin suallarını cavablandırıblar.

Qonaqlar 21-ci əsrdə neokolonializmdən əziyyət çəkən ölkələrdən biri olan Maohi Nuinin dekolonizasiya istiqamətində atdığı addımlar, apardığı mübarizə barədə məlumat verib, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə və Bakı Təşəbbüs Qrupuna öz təşəkkürlərini bildiriblər.

Nümayəndə heyətinin üzvləri mayın 30-da Bakıda, Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ – çağırışlar və perspektivlər” mövzusuna həsr edilmiş konfransın nəticələrini yüksək qiymətləndirib, tədbirin yekunları və müzakirə olunan məsələlərin əhəmiyyəti barədə sualları cavablandırıblar.

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov jurnalistlərin suallarına cavabında bildirib ki, Azərbaycanın müstəmləkəçilik əsarəti altında olan xalqların dekolonizasiya mübarizəsinə dəstək verməsi beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə, Qoşulmama Hərəkatının ana prinsiplərinə əsaslanır. Abbas Abbasov Fransız Polineziyasının dekolonizasiya hərəkatının da beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin sənədlərinə uyğun olduğunu vurğulayıb.

Mətbuat konfransında Azərbaycanın neokolonializmdən əziyyət çəkən ölkələrə beynəlxalq hüquq çərçivəsində dəstəyinin davam edəcəyi bildirilib, dənizaşırı ölkələrin COP29-da iştirakı ilə bağlı danışıqların aparıldığı diqqətə çatdırılıb.

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv