Fransızların PANDA SEVİNCİ: Əkizlər dünyaya gəldi - FOTO / VİDEO

media-hightechnic-468x90

Fransanın “Beauval” zooparkında əkiz panda balaları dünyaya gəlib.

Yenicag.az “ABC News”a istinadən xəbər verir ki, Çindən Fransaya gətirilən iki panda – Huan Huan (ana) və Yuan Zinin (ata) əkiz balaları dünyaya gəlib.

Zooparkın açıqlamasına görə, balaların ikisi də dişidir. Onlar 149 və 129 qram çəkidə dünyaya gəliblər.

Əkiz pandaların doğulması heyvansevər fransızlar tərəfindən sevinclə qarşılanıb.

Qeyd edək ki, Huan Huan və Yuan Zi Fransaya 10 il əvvəl Çindən gətiriliblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600