Reklam

Reklam

120680_res_01-300x200Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Tatarıstan üzrə idarəsi İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən üç yerli sakinin adını açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, onlardan biri azərbaycanlı Quliyev Malik Seyfulla oğludur. 1990-cı ildə anadan olub, Azərbaycan vətəndaşıdır.

O, Rusiya-Azərbaycan sərhədinin “Dərbənd” sərhəd-keçid məntəqəsindən keçib və Bakıya istiqamət alıb. Daha sonra buradan İŞİD-ə qoşulmaq üçün Türkiyə üzərindən Suriyaya keçib.

FTX həmin şəxslərə qarşı terrorçu təşkilatlara qoşulmaq ittihamı ilə cinayət işi qaldırıb, onların Rusiyaya geri qayıtmasına qadağa qoyulub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 95
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."