Futbol matçından əvvəl başından vuruldu.
İngiltərədə matça hazırlaşan komandanın azyaşlı futbolçusu silahla başından vurulub.
Yenicag.az saytı Türkiyə mediasına istinadən bildirir ki, güllə 11 yaşındakı futbolçunun alnına dəyib. Dərhal xəstəxanaya çatdırılan uşağın həyati təhlükəsi sovuşub.
Hadisə ilə bağlı 14 yaşlarında üç yeniyetmənin saxlanıldığı bildirilir.