Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Füzulidə 2 nəfərin minaya düşməsi ilə bağlı RƏSMİ MƏLUMAT - Cinayət işi başlandı / YENİLƏNDİ

Füzuli rayon prokurorluğu bu gün rayonun işğaldan azad olunan ərazisində minaya düşən şəxslərlə bağlı növbəti məlumat yayıb.

Füzuli rayon prokurorluğundan Yenicag.az-a verilən məlumatda deyilir:

“Xəbər verildiyi kimi, iyulun 8-də 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırmalarla müəyyən edilib ki, iyulun 8-də Füzuli rayon sakinləri 1976-cı il təvəllüdlü Nuriyev Nuru Aslan oğlu və 1982-ci il təvəllüdlü Həşimov Elnur Aydın oğlu rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüb, nəticədə Nuru Nuriyev hadisə yerində vəfat edib, Elnur Həşimovun isə sol ayağı amputasiya edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir”.

***

16:28

Füzuli rayon prokurorluğu rayonun işğaldan azad edilən ərazilərdə iki nəfərin minaya düşməsi barədə məlumat yayıb.

Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, iyulun 8-də saat 14 radələrində 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimovun nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

www.yenicag.az

262
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100