Bu il 10 iqlim fəlakəti ən azı 200 milyard dollar iqtisadi itkiyə səbəb olub.
Yenicag.az “Anadolu” Agentliyinə istinadən bildirir ki, bununla bağlı beynəlxalq yardım və inkişaf təşkilatı “Christian Aid”in “2022-ci ilin dəyəri: İqlimin çökdüyü il” adlı hesabatında məlumat verilib.
Hesabata görə, iqlim fəlakətləri nəticəsində minlərlə insan həyatını itirib, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Gələn il isə iqlim fəlakətlərinin real xərclərinin daha çox olacağı proqnozlaşdırılır. Eyni zamanda inkişaf etmiş ölkələrlə müqayisədə iqlim dəyişikliyindən çox az təsirlənən inkişaf etməkdə olan ölkələr olacaq.
“Christian Aid”in icraçı direktoru (CEO) Patrik Vatt bildirib ki, hər biri ən azı 3 milyard dollara başa gələn fəlakətlərin davam edəcəyi gözləniləndir. Bu iqlim böhranına daşqınlar, quraqlıqlar, həddindən artıq istilər və ya siklonlar səbəb ola bilər.
Gülşən
www.yenicag.az