Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Gəncədə 39 yaşlı ruhi xəstə itkin düşdü

Gəncədə 39 yaşlı kişi itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, hadisə Gəncə şəhəri, Kəpəz rayonu ərazisində baş verib.

Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Əliyev Bəxtiyar Telman oğlu iyulun 9-da yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Yaxınlarının verdiyi məlumata görə, B.Əliyev evdən çıxarkən əynində sarı şalvar, tünd göy köynək və qara ayaqqabı olub.

İtkin düşən şəxsin boyu 1, 70 metr, arıq bədən quruluşludur. B.Əliyev ruhi əsəb xəstəsidir.

Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

1230
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS