Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı - Sahil Babayevin tapşırığı...

media-hightechnic-468x90

İdman federasiyalarının maliyyələşdirilməsi səlahiyyəti Gənclər və İdman Nazirliyinən alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə artıq idman federasiyaları müvafiq şəkildə məlumatlandırılıb.

Məlumatda bildirilir ki, Maliyyə Nazirliyinin şifahi tapşırığına əsasən, Gənclər və İdman Nazirliyi tərəfindən idman federasiyalarının ölkədaxili və beynəlxalq idman tədbirlərində iştirakının maliyyələşdirilməsi dayandırılıb.

Bu məqsədlər üçün bundan sonra dövlət büdcəsindən vəsaitin ayrılması və təyinatı üzrə xərclənməsi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən aparılacaq.

Qeyd edək ki, Maliyyə Nazirliyi son günlər bir sıra dövlət qurumlarında aparılan yoxlamalarla bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar mühasibat uçotu məlumatları əsasında qurumların maliyyə nəticələrinin yoxlanılmasını və təhlilini əhatə edir./qaynarinfo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa