!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

General Aleksandr Vasyak barəsində toqquşan FİKİRLƏR: “Əgər insanlar onu yaxından tanısaydılar...” – REAKSİYA

!Reklam – Yazi

“Vasyakın dəfn mərasimi Azərbaycanda keçirilirsə, bu fakt onun və ailəsinin ölkəmizə nə qədər bağlı olduğunu göstərir”.

Bu fikirləri Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş general-mayor Aleksandr Vasyakın vəfat etməsindən sonra onunla bağlı sosial şəbəkələrdə paylaşılan fərqli rəylərə münasibət bildirən ehtiyatda olan pöolkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hətta ehtiyata buraxıldıqdan sonra da Vasyakın hərbi təcrübəsindən istifadə olunub:

“Mərhum general Vasyak haqqında fikirlərim tamamilə müsbətdir. Çünki onu Azərbaycana gəldiyi ilk günlərdən tanıyıram. O, Belarusdan olsa da, Azərbaycanın ən çətin günlərində burada olub, Birinci Qarabağ savaşında iştirak edib. General Vasyak müharibədə döyüşməklə yanaşı, həm də Azərbaycan Ordusunun formalaşması və güclənməsi üçün öz biliyini, bacarığını əsirgəməyib.

Bu xidmətlərinə görə ona Ulu öndər Heydər Əliyev tərəfindən general-mayor rütbəsi də verilmişdi. O hər zaman Azərbaycan dövlətinə və Silahlı Qüvvələrinə sadiq olub. Hətta ehtiyata buraxıldıqdan sonra da onun hərbi təcrübəsindən istifadə olunub. Bu baxımdan, mən Vasyakı istər hərbçi, istərsə də insan kimi yalnız müsbət tərəfdən xarakterizə edə bilərəm. Bildiyim qədər, onun dəfn mərasimi də Azərbaycanda keçiriləcək.

Fikrimcə, general Vasyak haqqında sosial şəbəkələrdə müəyyən fikirlər səsləndirən insanlar onu yaxından tanısaydılar, belə danışmazdılar. Mən onu tanıdığım, fikirlərinə bələd olduğum üçün belə əminliklə danışıram, fəaliyyətini yüksək qiymətləndirirəm. Əgər o, Azərbaycanı sevməsəydi, buraya gəlməz, müharibədə iştirak etməzdi. General Vasyakın dəfn mərasimi Azərbaycanda keçirilirsə, bu fakt onun və ailəsinin ölkəmizə nə qədər bağlı olduğunu göstərir”.

A.Zeynalov

www.yenicag.az

1476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv