Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Global Media Group”un əməkdaşları “YAŞAT” Fonduna ianələr barədə qərar qəbul etdi

30 ilə yaxın işğal altında olan doğma torpaqlarımızın azad olunması, erməni işğalçılarının torpaqlarımızdan qovulması xalqımızın ən böyük arzusu idi. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə xalqımızın 30 illik həsrətinə son qoydu.

Ordumuz ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi uğrunda aparılan döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi, misilsiz şücaət və rəşadət göstərib. Xalqımızın bir sıra igid övladları işğalçı düşmənə qarşı həyata keçirilən əməliyyatlar zamanı şəhid olub, sağlamlığını itirib.

Hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim Prezident İlham Əliyevin siyasətinin əsas tərkib hissəsi olub.

Bu siyasəti dəstəkləmək, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin daim diqqətdə saxlamaq vətəndaş cəmiyyətinin də borcudur.
Azərbaycan xalqı xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, şəhid ailələrinin və qazilərimizin zəruri ehtiyaclarının təmin edilməsi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım göstərilməsində həmrəylik nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında Fərman imzalayıb.

“Global Media Group”un işçi heyəti yetkinliklə Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək, “YAŞAT” Fonduna 2020-ci ilin dekabr ayından başlayaraq maaşlarından 1% köçürülməsi barədə qərar qəbul edib. Bu təşəbbüs daimi xarakter daşıyacaq və hər ay davam edəcək.

“Global Media Group” bütün qurumları bu təşəbbüsə qoşularaq Vətənimizin azadlığı uğrunda şəhid olanların ailələrinə və qazilərimizə dəstək olmağa cağırır!

www.yenicag.az

240