Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gömrükdə külli miqdarda mallar saxlanıldı - VİDEO

Gömrükçülər külli miqdarda tekstil məmulatlarının gömrük orqanına düzgün bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq dəniz ticarət limanı” gömrük postuna Türkmənistan Respublikasından tekstil məmulatlarının yükləndiyi “Fikrət Əmirov” adlı gəmi daxil olub. Türkmənistan istehsalı olan 1853 kq çəkidə 15.000 kv.metr və 3000 kq çəkidə 20.000 kv.metr həcmdə tekstil məmulatları “Arçın KM” MMC-nin ünvanına göndərilib.

“Arçın KM” MMC həmin malları müvafiq gömrük bəyannamələri üzrə sərbəst dövriyyə üçün buraxılış proseduru altında rəsmiləşdirib. Gömrük bəyannamələri Baş İdarədə qəbul edildikdən sonra idxal olunan mallar gömrük postunun ərazisinə boşaldılıb. Gömrük baxışı zamanı idxal olunan malların gömrük bəyannamələri və mal-müşayiət sənədlərində göstərilən miqdarından artıq – 400 ədəd müxtəlif tekstil məmulatları, 700 metr parça və 17.000 kv.metr bez parçası malları aşkar edilib.

www.yenicag.az

1896