!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Gözlənilən Ərdoğan-Paşinyan GÖRÜŞÜ: "Ermənistanın Türkiyədən asılılığı dəfələrlə artacaq" - ŞƏRH

!Reklam – Yazi

“Maraqlı ölkələr Qərbə üzünü tutmuş Ermənistana deyə bilərlər ki, Rusiyaya maneələr törət. Rusiya da buna görə dəridən qabıqdan çıxır ki, indidən Zəngəzur dəhlizi üzərində ağalığını təmin etsin. Bu, Azərbaycana lazım deyil”.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü, görüşdə Zəngəzur dəhlizinin müzakirə edilməsi iddialarına münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, Türkiyə ilə Ermənistan arasında normallaşma baş versə, rəsmi İrəvan Rusiyadan çox, rəsmi Ankaradan asılı vəziyyətə düşəcək:

“Türkiyə elan edib ki, Ermənistanla məsələləri həll edəndə Azərbaycanın mövqeyini nəzərə alacaq. Özümüzə sual verək – Azərbaycana nə lazımdır? Azərbaycana Rusiyanın geosiyasi iddialarını təmin etmək lazımdır, yoxsa öz məsələlərini həll etmək? Azərbaycana öz məsələsi daha vacibdir.

Mədəni dünyada mövcud olan bütün qaydalar və qonunlar bizim bölgədə də işləməlidir. Ermənistan Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyır. Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Nə Ermənistan Azərbaycana, nə də Azərbaycan Ermənistana xüsusi bir dəhliz verməlidir. Mədəni ölkələr olaraq İtaliya Fransadan, Fransa da İtaliyadan dəhliz tələb etmir.  Zəngəzur dəhlizini Rusiya tələb edir. Çünki Rusiya bilir ki, uzun müddət sanksiyalar altında olacaq. Onun xarici dünya ilə əlaqələrinə Qərb hansısa maneələr törədə bilər. O cümlədən maraqlı ölkələr Qərbə üzünü tutmuş Ermənistana deyə bilərlər ki, Rusiyaya maneələr törət. Rusiyada buna görə dəridən qabıqdan çıxır ki, indidən Zəngəzur dəhlizi üzərində ağalığını təmin etsin. Bu, Azərbaycana lazım deyil. Bizə Avropada olduğu kimi Ermənistanla və xalqı ilə tam iddialarsız münasibət lazımdır. Özümüzü oda-közə vurub Rusiya üçün nəsə almağa ehtiyac yoxdur.

Ermənistanla Türkiyə razılaşsalar və münasibətlər normallaşandan sonra Ermənistanın Türkiyədən, dövlətindən iqtisadiyyatından asılılığı Rusiyadan asılılığından dəfələrlə çox olacaq.

Azərbaycana mümkün tez bir zamanda Türkiyə ilə Ermənistanın münasibətlərinin normallaşması lazımdır. Rusiya isə gedib öz başına çarə tapsın”.

Səxavət Məmməd

www.yenicag.az

388
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv