!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güc mərkəzləri ilə Qərb bloku arasında QARŞIDURMA: Türkiyə bu qitədəki proseslərə aktiv şəkildə qoşulur

!Reklam – Yazi

“Afrikadan gələn miqrantların və yaxud muzdluların Rusiya-Ukrayna mühairbəsində döyüşməsi ilə bağlı dəqiq fikir söyləmək çox çətindir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Siyasi şərhçi Rusiya-Ukrayna müharibəsində afrikalı muzdluların döyüşməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

E. Mirzəbəylinin fikrincə, Afrika uğrunda mübarizəyə gəldikdə, məsələnin Rusiya-Ukrayna kontekstindən qoyulması kifayət qədər primitiv olardı:

“Çünki Afrika uğrunda mücadilə artıq uzun müddətdir ki, gedir və bu, bir neçə qütb arasında daha çox qabarıq şəkildə nəzərə çarpır. Uzun illər boyu Afrika ölkələrini istismar edən, müstəmləkədə saxlayan bir sıra Qərb ölkələri bəlli səbəblərdən artıq regiondan sıxışdırılıb, çıxarılır. Bu onların bu günə qədər yürütdüyü siyasətin mahiyyətini əks etdirir və təbii ki, əks reaksiyanı özündə büruzə verir”.

Onun sözlərinə görə, bu prosesin içərisində Çin və Rusiyanı xüsusilə qeyd etmək lazımdır:

“Eyni zamanda, qardaş Türkiyənin də Afrikadakı proseslərdə aktiv şəkildə iştirak etdiyinin şahidi oluruq. Bu gün Afrikaya investisiyalar yatırılır, Afrika xalqlarının azadlığının təmin olunması və bərabərhüquqlu münasibətlərin qurulması istiqamətində siyasət həyata keçirilir. Yəni dünyanın yenidən bölüşdürülməsi prosesində daha çox ölkələri əhatə edən güc mərkəzləri ilə Qərb bloku arasında olan qarşıdurma burada özünü büruzə verir”.

Ekspert indiki şəraitdə Ukraynanın mövcud potensialı əsasında təkbaşına və özünün istəyinə uyğun olaraq, Afrikaya can atmasını real hesab etmədiyini söyləyib:

“Çünki bunun çoxsaylı səbəbləri var. Əvvəla, Ukraynanın indiki halda belə bir potensialı və gücü yoxdur ki, Afrikaya investisiya yatırsın. Onlar üçün indiki şəraitdə ən böyük vacib məqam, investisiyaların yatırılması, Afrika ölkələrinin iqtisadiyyatının inkişaf etdirilməsidir. Bu potensial isə Ukraynada yoxdur. Ukraynanın qərbli tərəfdaşları, əgər belə bir istəkdə olsaydılar, indiyə qədər bu addımı atardılar. Nəinki Afrika ölkələrini müstəmləkəyə çevirib uzun illər bu ölkələri istismara məruz qoyub, özlərinin kimyəvi eksperimentlərin poliqonuna çevirməzdilər”.

“Belə olan halda da bu gün biz artıq mövcud Afrikanın timsalında tamamilə fərqli reallıqların, yəni inkişaf etmiş bir qitənin şahidi olardıq. Ona görə də yayılan xəbərlərin informasiya müharibəsinin bir hissəsi olduğunu düşünürəm. O ki qaldı uğurlar məsələsinə, bununla bağlı hər hansı bir fakt olmadığı üçün fikir söyləməkdə çətinlik çəkirəm”, – deyə fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv