Güləşçilərimiz U-23 dünya çempionatında tarixi uğura imza atdılar

media-hightechnic-468x90

Azərbaycanın 23 yaşadək güləşçiləri 2017-ci ildən bu yana keçirilən U-23 dünya çempionatında tarixi uğura imza atıblar.

Yenicag.az xəbər verir ki, təmsilçilərimiz son olaraq Serbiyanın Novi Sad şəhərində reallaşan mundialda 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə mükafatların əyarına görə ən yaxşı nəticəni göstəriblər.

Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dən (5-2-4) sonra 4-cü yeri tutub.

Qeyd edək ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa