Güləşçimiz VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Yenicag.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Olimpiya çempionu Səid İsmailiyə 3:8 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.
Nihat Məmmədli (60 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada uduzub.
Bu gün, həmçinin Ülvü Qənizadə (77 kiloqram) və İslam Abbasov (87 kiloqram) 3-cü yer uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, İslamiadaya noyabrın 21-də yekun vurulacaq.












